Çərşənbə axşamı , 19 İyun 2018

Home » İdman » Soyadına görə futbolçuya qırmızı vərəqə göstərdilər

Soyadına görə futbolçuya qırmızı vərəqə göstərdilər

Mart 8, 2018 5:26 pm Bölmə: İdman A+ / A-

pic_41cf2df77cabc13fec8ab5dbcf994baaFutbol üzrə İngiltərə aşağı liqalarının birində keçirilən “Hemel Hempstead Town” və “East Thurrock” komandaları arasında keçirilən oyun zamanı maraqlı hadisə baş verib.

Veten-Tv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Olli Beylis öz Twitter hesabında yazıb.

Futbolçuların formalarında yalnız nömrə olduğuna görə hakim onlara xəbərdarlıq etmək üçün adlarını soruşmalı olub.

Matç zamanı Sançez Uotta xəbərdarlıq etmək istəyən hakim ondan soyadını soruşub. Uottın cavabını isə təhqir kimi qiymətləndirərək ona qırmızı vərəqə göstərib. 27 yaşlı ingilis futbolçunun soyadı “What” (ingilis dilindən “nə” deməkdir).

Sonradan “Hemel Hempstead Tow” klubunun oyunçuları hakimə anlaşılmazlığı başa sala biliblər və Uott meydançaya qayıdıb.

Qarşılaşma “Hemel Hempstead Town” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Soyadına görə futbolçuya qırmızı vərəqə göstərdilər Reviewed by on . Futbol üzrə İngiltərə aşağı liqalarının birində keçirilən “Hemel Hempstead Town” və “East Thurrock” komandaları arasında keçirilən oyun zamanı maraqlı hadisə ba Futbol üzrə İngiltərə aşağı liqalarının birində keçirilən “Hemel Hempstead Town” və “East Thurrock” komandaları arasında keçirilən oyun zamanı maraqlı hadisə ba Rating: 0
Smiley face
scroll to top
Inline
Inline