Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » İqtisadiyyat » İşə düzəlməkdə çətinlik çəkən gənclərə – MÜJDƏ

İşə düzəlməkdə çətinlik çəkən gənclərə – MÜJDƏ

Mart 8, 2018 5:21 pm Bölmə: İqtisadiyyat, Manset A+ / A-

Rabota-dlya-molodezhiAzərbaycanda işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənlər həvəsləndiriləcək.

Veten-Tv.Az-ın APA-ya istinadən  məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin martın 7-də imzaladığı “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılmış “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

“Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılıb. Ancaq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməyə əsasən işəgötürənləri həvəsləndirmək vəzifəsi olmayıb.

Yeni yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində isə qeyd edilib ki, gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqı 1 ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdiriləcək.

Eyni zamanda gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər ayrılacaq. Fondun vəsaiti hesabına güzəştli kreditin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılacaq və keçiriləcək ekspertizanın rəyindən asılı olaraq, həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul ediləcək.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İşə düzəlməkdə çətinlik çəkən gənclərə – MÜJDƏ Reviewed by on . Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənlər həvəsləndiriləcək. Veten-Tv.Az-ın APA-ya istinadən  məlumatına gö Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənlər həvəsləndiriləcək. Veten-Tv.Az-ın APA-ya istinadən  məlumatına gö Rating: 0
Smiley face
scroll to top