Çərşənbə , 26 Sentyabr 2018

Home » Cəmiyyət » Dövlət qurumları işçi axtarır – 334 vakansiya

Dövlət qurumları işçi axtarır – 334 vakansiya

Mart 8, 2018 1:48 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

shutterstock_178332941Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 334 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

Veten-Tv.az bildirir ki, DİM-dən Oxu.Az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və aprelin 7-dək DİM-in portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Vakansiyalar Prezidenti yanında Ali Attestasiya Komissiyası, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirllikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Milli Televiziya və Radio Şurası, Gəncə Apellyasiya Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi və s. məhkəmələr tərəfindən tərəfindən təqdim edilib.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Dövlət qurumları işçi axtarır – 334 vakansiya Reviewed by on . Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatla Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatla Rating: 0
Smiley face
scroll to top