Çərşənbə , 26 Sentyabr 2018

Home » Hadisə » Gəncədə qadını evində öldürərək yandıran şəxs tutulub

Gəncədə qadını evində öldürərək yandıran şəxs tutulub

Mart 8, 2018 1:42 pm Bölmə: Hadisə, Manset A+ / A-

Fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.

Veten-Tv.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb.

Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Gəncədə qadını evində öldürərək yandıran şəxs tutulub Reviewed by on . Fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib. Veten-Tv.az bildirir ki, Daxili İşlər Nazirliyi Fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib. Veten-Tv.az bildirir ki, Daxili İşlər Nazirliyi Rating: 0
Smiley face
scroll to top