Çərşənbə , 26 Sentyabr 2018

Home » Təhsil » Xaricdə təhsillə bağlı yeni prosedur müəyyənləşdirilib

Xaricdə təhsillə bağlı yeni prosedur müəyyənləşdirilib

Mart 8, 2018 9:33 am Bölmə: Təhsil A+ / A-

122323Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının maliyyələşdirilməsinə dair yeni prosedur müəyyənləşdirilib.

Veten-Tv.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılmış “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

“Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılıb. Ancaq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməyə əsasən gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının maliyyələşdirilməsi sahəsində vəzifəsi olmayıb.

Yeni yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin  Nizamnaməsində isə qeyd edilib ki, qurumun vəzifələrindən biri ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil prosesini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirməkdir.

Eyni zamanda aztəminatlı ailələrdən olub təhsil alan gənclərə təhsil müddətində təhsil müəssisəsinin yataqxanasında yer ayrılması üçün Fondun vəsaiti hesabına maliyyə dəstəyi göstəriləcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli sərəncamı əsasında həyata keçirilib.

Həmin sərəncama uyğun olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” hazırlanıb və Dövlət Proqramı çərçivəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təşkil edilib.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Xaricdə təhsillə bağlı yeni prosedur müəyyənləşdirilib Reviewed by on . Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının maliyyələşdirilməsinə dair yeni prosedur müəyyənləşdirilib. Veten-Tv Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının maliyyələşdirilməsinə dair yeni prosedur müəyyənləşdirilib. Veten-Tv Rating: 0
Smiley face
scroll to top