Cümə , 19 Aprel 2019

Home » Hadisə » Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO

Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO

Mart 2, 2018 12:01 pm Bölmə: Hadisə, Manset A+ / A-

yRespublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 20-dən çoxdur.

Veten-tv.az bildirir ki, bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

İlkin məlumata görə, hadisə zamanı 24 nəfər ölüb.

Xəsarət alanlardan üç nəfər şəxs 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər şəxs isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

09:17

Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Veten-tv.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində qeydə alınıb.

Yanğın zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 30-dan artıq pasiyent təxliyyə olunub.

Foto: Report


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO Reviewed by on . Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 20-dən çoxdur. Veten-tv.az bildirir ki, bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin Məhkəmə-T Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 20-dən çoxdur. Veten-tv.az bildirir ki, bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin Məhkəmə-T Rating: 0
Smiley face
scroll to top