Çərşənbə , 20 Mart 2019

Home » Ədəbiyyat » Oxucuların səbirsizliklə gözlədiyi “Yazılmamış tale…” adlı kitab artıq satışda

Oxucuların səbirsizliklə gözlədiyi “Yazılmamış tale…” adlı kitab artıq satışda

Fevral 5, 2018 6:34 pm Bölmə: Ədəbiyyat, Manset A+ / A-

taleMüəllifi İlhamə Nasir olan “Yazılmamış tale…” kitabı oxucuları çox təsirləndirən bir romandır. Əsər həyatda baş vermiş hadisələrdən və Qubadlı rayonunda keşməkeşli həyat yaşamış yetim bir qızın taleyindən bəhs edir.

Əsərin qısa məzmunu:

Səsini  hər tərəfə  salmış Bərgüşad çayı yaz gələndə  daha da coşurdu. Elə bil can almaqdan ötəri uğuldayır, haray–həşir salırdı. Bu dəfə də öz payını almışdı deyə, sakitləşmişdi.  Nədənsə bu çay çoxlarının Əzrayilinə çevrilmişdi.

Nazlı  hər zaman Bərgüşad  çayına tərəf getmək istəyir, saatlarla ona tamaşa etməkdən doymurdu.  Sanki onu orda kimsə çağırırdı. Bu səs ona o qədər doğma, o qədər şirin idi ki… 

Bir dəfə Xanlar kişi  onun ögey qardaşı Fərhada hər şeyi açıqladı:

-O çaya yaxın  buraxma Nazlını… O çay onun  düşmənidir.  Onu anasından ayırıb. Əgər İsmayıl olmasaydı, onu da aparmışdı…

O gündən Fərhad Nazlını çaydan qoruyurdu. Amma nə bilsin ki, Nazlı  dəli Bərgüşaddan betər dəli insanlara rast gələcək, ona ən amansız tale yazacaqlar.

Yaxşı ki, ögey qardaşı Fərhad vardı… Onu yad əllərdən qoruya bilirdi.  Nazlı hər zaman Fərhada deyirdi:

-Allah anamı alsa da, sənin kimi qardaşı mənə verdi.

 Amma Allah bu qardaşı da Nazlıya çox gördü…

Daşdan-daşa çırpılan tale oyunlarına Nazlı sinə gərsə də yorulmuşdu. Əlacı bircə kəndirə  çatmışdı….. 

 

Kitabı Kitabevim mağazalar şəbəkəsindən və online olaraq ala bilərsiniz.

Kitabevim.az

Kitabevim.az facebook səhifəsi

 

 

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Oxucuların səbirsizliklə gözlədiyi “Yazılmamış tale…” adlı kitab artıq satışda Reviewed by on . Müəllifi İlhamə Nasir olan "Yazılmamış tale..." kitabı oxucuları çox təsirləndirən bir romandır. Əsər həyatda baş vermiş hadisələrdən və Qubadlı rayonunda keşmə Müəllifi İlhamə Nasir olan "Yazılmamış tale..." kitabı oxucuları çox təsirləndirən bir romandır. Əsər həyatda baş vermiş hadisələrdən və Qubadlı rayonunda keşmə Rating: 0
Smiley face
scroll to top