Çərşənbə , 20 Mart 2019

Home » Ədəbiyyat » “Sənin sayəndə öyrəndim daş olmaq nədir” – Furqanidən gözəl şeirlər

“Sənin sayəndə öyrəndim daş olmaq nədir” – Furqanidən gözəl şeirlər

Dekabr 4, 2017 3:10 pm Bölmə: Ədəbiyyat, Manset, Video A+ / A-

furqaniAllah günaha yazmasın

Hər tərəfi su basıb,
Allah, daha yağdırma.
Bu qədər yağış olmaz
vallah, daha yağdırma.

Qış paltarların geydik,
Soyuqdan donduq, key(yə)dik,
Biz səhv eləyib dedik
Yağ, yağ, daha yağdırma.

Küçələrdən sel axır,
Görünmür çala-çuxur,
Üzə çıxıb çox paxır,
Bax, bax, daha yağdırma.

Sel-su qalxıbdı dizə,
Adam az qalır üzə
Yağış yaraşmır bizə,
Günah, daha yağdırma.

Cücəribee asfalt, yol,
Hətta bar verəcək kol.
Bu gün yağdırdın sağ ol,
Sabah daha yağdırma.

 

Adımı çək-dodağında səslənim, 
Adımı çək-cingildəsin qulağım.

Həyat sınaq etdi bizə, sevdiyim,
İlk baxışdan, birnəfəsə sevdiyim!
İstəmirəm özgə nəsə, sevdiyim,
Hər vaxt məni yad eləsin dodağın,
Adımı çək-dodağında səslənim,
Adımı çək-cingildəsin qulağım.

Bu sevgi də sağ ol, bildin pir məni,
Eşq bəlaya salmayıb ki, bir məni?
Xəsis olma tanışlardan sor məni,
Gəlib çatsın mənə səsin-sorağın,
Adımı çək-dodağında səslənim,
Adımı çək-cingildəsin qulağım.

Nə ağırmış ayrı qalmaq paramdan,
Acığını mən çıxıram qarandan,
Gecəyədək, sübh tezdənnən durandan,
Ay fikrimdə-düşüncəmdə oyağım…
Adımı çək- dodağında səslənim,
Adımı çək-cingildəsin qulağım.

Bu sevda da nələr çəkdik biz nələr,
İzah etməz ağrımızı kəlmələr…
Yolumuzu ayırsa da həmlələr,
Kəsilsə də biz tərəfə ayağın,
Adımı çək-dodağında səslənim,
Adımı çək-cingildəsin qulağım.

Tamarzıdı sən adında məstə, can
Şəfa tapar səni görsə xəstə can…
Furqanini pçıltıyla astaca,
Qorxma, söylə, getməyəcək boyağın,
Adımı çək-dodağında səslənim,
Adımı çək-cingildəsin qulağım.

 

QOCA NƏNƏSİNƏ DODAQ BÜZƏN QIZ..

Qoca nənəsinə dodaq büzən qız,
Bir vaxtlar onun da nazı olubdu.
Sən onun qış vaxtın görürsən indi,
Onun da baharı-yazı olubdu.

Böyüyüb içində zərin-zibanın,
Dilindən düşməyib elin-obanın.
Düşün ki, bir zaman ulu babanın,
O da istəkli bir qızı olubdu.

Güclə seçir gözü uzaq-yaxını,
Qüruba doğrudu ömrün axını,
Bir zaman onunda boyu-buxunu,
Günəşə bənzəyən üzü olubdu.

Qocalıq heç kimə deyildir nöqsan,
Həyatın işidi, qocalır insan…
O daş əllərini ziyarətgah san,
Böyüdən o əllər bizi olubdu.

Əgər qismət olsa qocalsaq sonda,
Onlar nələr çəkib bilərik onda…
Bizim hamımızın həyat yolunda,
Onların xüsusi izi olubdu.

Bizlər pöhrələrik, onlardı gövdə,
Çalış qayğı göstər, hörmət et, sev də!
Ağsaqqal, ağbirçək olan hər evdə,
Allahdan həmişə ruzi olubdu.

 
Sənin sayəndə öyrəndim daş olmaq nədir

Dönmüsən geriyə barışmaq üçün,
Gedəndə bəs bunu düşünmədinmi?
Kimsəsiz yollarda bu kor yolçunu, 
Bir vaxt acımadan düşürmədinmi?

İndi hansı üzlə gəlmisən geri?
Barışaq deyirsən, nə üçün, niyə?
Arxanı çevirib çıxıb getmişdin,
Sənə yalvaranda, “getmə, qal” deyə.

Mənim sənə deyiləsi sözüm yox,
Sənin sözün varsa buyur de və get.
Qürurlu ol, şux dur, yada sal o vaxt
Getmişdinsə necə, yenə elə get.

Demə ki, ürəyi daşlaşıb bunun,
Daşdan da möhkəmdi, daş olmaq nədir?
Məni yox özünü qına, çün sənin-
Sayəndə öyrəndim daş olmaq nədir!

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


“Sənin sayəndə öyrəndim daş olmaq nədir” – Furqanidən gözəl şeirlər Reviewed by on . Allah günaha yazmasın Hər tərəfi su basıb, Allah, daha yağdırma. Bu qədər yağış olmaz vallah, daha yağdırma. Qış paltarların geydik, Soyuqdan donduq, key(yə)dik Allah günaha yazmasın Hər tərəfi su basıb, Allah, daha yağdırma. Bu qədər yağış olmaz vallah, daha yağdırma. Qış paltarların geydik, Soyuqdan donduq, key(yə)dik Rating: 0
Smiley face
scroll to top