Çərşənbə , 20 Mart 2019

Home » Cəmiyyət » Yazıçılar Birliyinin Qubadlı rayon şöbəsi yaradıldı.

Yazıçılar Birliyinin Qubadlı rayon şöbəsi yaradıldı.

Sentyabr 25, 2017 11:51 pm Bölmə: Cəmiyyət, Ədəbiyyat, Manset, Mədəniyyət A+ / A-

nBu gün Qubadlı İcra hakimiyyətində maraqlı bir tədbir baş tutdu. Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər rayonları birləşərək yazıçılar birliyinin Qubadlı rayon şöbəsini yaratdılar.

Veten-tv.az xəbər verir ki, tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimi Malik müəllim yazarların ona bu təkliflə müraciət etməsini çox yüksək qiymətləndirdiyini qeyd edib bu yöndə onlara dəstəyini əsirgəməyəcəyini bildirib. Tədbirdə adı çəkilən rayonların ziyalıları, qələm adamları da iştirak edib. Çıxış üçün söz rayonun deputatı İmamverdi İsmayılova verilib. İmamverdi müəllim əvəlla bu təşəbbüsü alqışladığını qeyd edib, özünün də bir yazar olduğunu vurğulayaraq bu təşəbbüsün yazarlara olan qayğıdan irəli gəldiyini qeyd edib. Tədbirdə eyni zamanda AYB sədrinin müşaviri Rauf Aslanov, AYB Yaradiciliq məsələləri üzrə katibi İlqar Fəhmi və AYB Xəzər bölməsinin sədri Arif Buzovnalı da iştirak edirdi. Tədbirdə çıxış edən AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi yeni açılan bölməni yüksək qiymətləndirib və onun işinə uğurlar arzulayıb. Bildirib ki, bölmənin açılmasında əsas məqsəd Qubadlı, Zəngilan, Laçın və Kəlbəcərdə fəaliyyət göstərən şair və yazarları bir araya gətirmək ,onlar arasında ünsiyyəti möhkəmləndirməkdir. Həmçinin bölmənin fəaliyyəti struktur orqanla yazarlar arasında əsas əlaqələndirici mövqe rolunu oynayır. Qeyd olundu ki, AYB-nin 17 bölməsi fəaliyyət göstərir. Bunların sırasına yerli regional bölmələrlə yanaşı, Moskva və İsraildə fəaliyyət göstərən filiallar da daxildir. Tədbirdə AYB-nin müşaviri Rauf Aslanov birliyin sədri, Xalq yazıçısı Anarın adından yeni yaradılan bölmənin işinə uğurlar arzulayıb. Açılış mərasimində Qubadlı, Laçın və digər rayonların ziyalıları da çıxış edərək öz sevinclərini bölüşdürdülər. Qubadlı və Qubadlının tanınmış imzaları haqda sevgiylə çıxış etdilər. Sonda AYB-nin və bölmə üzvlərinin qərarı ilə şair, bədiyyəçi Namiq Məna sədri seçilib. Yeni seçilmiş sədr çıxışı zamanı Cənab Prezdentin yazarlara ayırdığı diqqəti qeyd edərək sədr Anara təşəkkürünü bildirib. Və onların etimadını doğruldacağını qeyd edib. Gənc ədiblərin tanıdılmasına, onlara şərait yaradılmasında bölmənin də rolu danılmaz olacağını qeyd edib.

22015684_763815693826614_913466268_o

İlhamə Nasir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Yazıçılar Birliyinin Qubadlı rayon şöbəsi yaradıldı. Reviewed by on . Bu gün Qubadlı İcra hakimiyyətində maraqlı bir tədbir baş tutdu. Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər rayonları birləşərək yazıçılar birliyinin Qubadlı rayon şö Bu gün Qubadlı İcra hakimiyyətində maraqlı bir tədbir baş tutdu. Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər rayonları birləşərək yazıçılar birliyinin Qubadlı rayon şö Rating: 0
Smiley face
scroll to top