Çərşənbə , 20 Mart 2019

Home » Ədəbiyyat » Malik Qocanın yeni şeirləri

Malik Qocanın yeni şeirləri

Sentyabr 16, 2017 3:02 pm Bölmə: Ədəbiyyat A+ / A-

malik qocaHardan biləcəksən

Əzəli torpaqdan yaranan insan,
Sonu qayıdacaq geri dönəcək.
Ruhun gəlişini bilməyən insan,
Varlığın, gedişin hardan biləcək.
***
Yalanlar üsdündə qurulub cahan,
Hərə bir yalanla köçüb gedəcək.
Tanrının yolunu getməyən insan,
Onun varlığını hardan biləcək.
***
Allahı çağırıb, qiyamət salan,
Gözlə, çərxi fələk geri dönəcək.
Kitabın üzünü açmayan insan,
Öz dəsti xəttini hardan biləcək.
***
Tikanı götürüb güldən danışan,
Özgənin halina yanan-alışan.
Hiylə, kələk ilə işə qarışan,
İnsafı, mürvəti hardan biləcək.
***
Qoca, nədən belə geri qalıbsan?!
Fikirli-fikirli durub baxırsan.
Onların əməlin bilib yazırsan,
Çoxları oxuyub mütlək biləcək.

****

Əzəldən belədir, belə olacaq

Dünya dəslərinin çoxunu aldım,
Oxumaq bilmədən, dərdimi yazdım.
Ömrü bada verdim yaman qocaldım,
Bilməzdim yaşamaq çətin olacaq.
****
Hər yerdə söylədim sözün düzünü,
Heç kim eşitmədi mənim sözümü.
Hamısı bilirdi döydü gözünü,
Bilməzdim həqiqəti danan olacaq.
****
Elin xoş gününə sevinən mənəm,
Düz sözü söyləyib söyülən mənəm,
Hak deyib dərisi soyulan mənəm.
Bilməzdim qorxulu yollar olacaq.
****
Qoca mənəm deyib sinənə vurma,
Deyinə-deyinə özünü yarma.
Dünyanın halını kimsədən sorma.
Əzəldən belədir, çətin olacaq.

***

El dərdi olmasa atıb gedərəm

Qəlbim ağrımasa hec danışmaram,
Dinməyib susaram, sakit baxaram.
Yazığın, fağırın dərdin yazmaram,
Nadana göz ucu baxıb gedərəm.
***
Oda atılmaram, fikir tapmaram,
Alışıb odlanıb həmən yanmaram.
Cahilin sözünə cavab vermərəm,
Könlüm sızlamasa baxıb gedərəm.
***
Baxmaram millətin başın qatana,
İnsafı, mürvəti söküb atana.
Şeytan əbasını bizə satana,
Bilməsəm alaram geyib gedərəm.
***
Səbrim tükənmir,qəlbim yorulmur,
Nə qədər yazıram çuvalım dolmur.
Bu yükü çiynimdə daşımaq olmur,
El dərdi olmasa atıb gedərəm.

 

***

Əlləri səmada baş alıb gedir

Əməli dəyişir sürür dövranı,
Kasıbın fikirdən ağrıyır canı.
Alanı, satanı tamam narazı,
Çevirib üzünü tərsinə gedir.

Saqqal uzatmaqla, ağsaqqal olmaz,
Bu yolla gedərsə dindarı qalmaz.
Özü heç, özünü ağıllı saymaz,
Ədəbi, ərkanı belində gedir.

Bir gün əyiləndə beş gün əyilmir,
Elə bil cənnətin səddini çəkir.
Hər yerə nifrətin toxumun əkir,
Ulağın üstündə bəy kimi gedir.

Hamıdan seçilir forması ilə,
Gündəlik qazancın verməyir yelə.
Tanrının kəlamın gətirməz dilə,
Əlləri səmada baş alıb gedir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Malik Qocanın yeni şeirləri Reviewed by on . Hardan biləcəksən Əzəli torpaqdan yaranan insan, Sonu qayıdacaq geri dönəcək. Ruhun gəlişini bilməyən insan, Varlığın, gedişin hardan biləcək. *** Yalanlar üsdü Hardan biləcəksən Əzəli torpaqdan yaranan insan, Sonu qayıdacaq geri dönəcək. Ruhun gəlişini bilməyən insan, Varlığın, gedişin hardan biləcək. *** Yalanlar üsdü Rating: 0
Smiley face
scroll to top