Çərşənbə , 20 Mart 2019

Home » Ədəbiyyat » Orxan Adıgözəlin hekayəsi: “İÇİMİ TİTRƏDƏN KİŞİ SƏSİ”

Orxan Adıgözəlin hekayəsi: “İÇİMİ TİTRƏDƏN KİŞİ SƏSİ”

İyul 26, 2017 11:19 pm Bölmə: Ədəbiyyat, Manset A+ / A-

ilqar

  İçimi titrədən kişi səsi

Raufla, mən eyni Universitetdə işləyirdik. İkimiz də elmi işçi idik. Mən layihə üzrə baş mühəndis, o, isə elmi şöbədə baş mütəxəsis idi. Onun çox zəngin, bəm səsi vardı. 35 yaşım var və mən, heç vaxt həyatda belə gözəl səsə malik kişi ilə rastlaşmamışdım. Həmin səs, məni ovsunlamışdı. O, danışarkən elə bil, ətrafa musiqi aləti – orqandan gələn səslər yayılırdı. Özümü instrumental musiqiyə kökləyirmiş kimi onun səsinə kökləyirdim. Onun səsi bədənimi titrədirdi. Bədənim vibrasiya effekti yaşayırdı. Hələ o, mənim adımı çəkəndə həmin səsin təsir dalğası daha da genişlənir və bu təsir mənim hər yerimi sığallayırdı. Əslində adımı elə də xoşlamırdım.  Hər dəfə kimsə mənə “Nazilə” deyə xitab edərkən nəsə qıcıqlanırdım. Çox adam məni “Naza” deyə çağırırdı.. Amma Rauf, mənim adımı çəkəndən bəri, adımı xoşlamağa başlamışdım. Bir-birimizlə uzun müddətli səmimi tanışlığımıza rəğmən o, məni başqaları kimi “Naza” deyə çağırmırdı. Elə Nazilə deyirdi. Mən hər dəfə onunla söhbət edərkən, gözlərinə baxmamağa çalışırdım. Baxmağa cəsarətim çatmırdı desəm daha düzgün çıxardı. Çünki özümü çox pis itirirdim və bu aydın hiss olunurdu. Yanaqlarım qıp-qırmızı olur və yanmağa başlayırdı. Dilim də əməllicə dolaşırdı. O da bu halımı görüncə, mənə gülməyə başlayırdı. Doğurdan da gülməli vəziyyət idi. Elə bil 6 il ailəli olmuş, iki uşaq sahibi olan qadın mən deyildim. Onun yanında özümü yeniyetmə qız kimi hiss edirdim. Mən bu adama valeh idim. Onun gözlərinə çox baxa bilməsəm də bilirdim ki, onlar geniş, qəhvəyi və yaraşıqlı idilər. Məndən 3 yaş balaca olan Rauf, uzunboylu, nisbətən arıq və baxımlı kişi idi. Mədəni adam olsa da çox səbrsiz idi. Bunu onunla ilk dəfə söhbət edən vaxtdan bəri hiss etmişdim. Hər dəfə oturaq vəziyyətdə olanda onun bir ayağının yarış atları kimi əsdiyini görmək olurdu.

Mən getdikcə hiss edirdim ki, Rauf yanımda olarkən, öz varlığı ilə hər şeyi, hamını kölgədə qoymağa başlamışdı. Bu qəribə hal getdikcə artırdı. Bütün günü onu düşünürdüm, onu arzu edirdim. Uzun illərdir belə xoş hisslər yaşamamışdım. 4 il idi ki, boşanmışdım. Belə hissləri bəlkə də on il qabaq keçmiş ərimi tanıdığım ilk vaxtlarda yaşamışdım. Evlənəndən sonra isə həmin hisslərdən əsər əlamət qalmadı.

Rauf öz davranışları və sözləri ilə mənə bildirirdi ki, mən onu tilsimləyib, hipnoz eləmişəm. Onun diqqəti, qayğıkeşliyi və əsrarəngiz səsi məndə canlılıq yaratmışdı. İşdən evə dönərkən avtobusdakı adamların mənə qəribə nəzərlərlə baxdıqlarını görürdüm. Əslində qəribə heç nə yox idi. Sadəcə Raufun təsiri ilə  içimdə yaranmış xoşbəxtlik və müsbət enerji, üzümdə cəmiyyətimizdə az rast gəlinən məmnunluq ifadəsi yaratmışdı. Bəli, üzüm gülürdü. Gülümsəməyə bilmirdim. Boz, kədərli simaların içində məmnun görkəmin ortaya çıxardığı rəngli və gülümsəyən üzlü birinə əlbəttə qəribə nəzərlərlə baxmalı idilər. Bu çox təbiidir.

Son günlər artıq halım daha da yamanlaşmışdı. Rauf üzümə baxıb, mənimlə danışarkən heç nə eşitmirdim. İçimdə oyanmış qadınlıq instinktləri Raufun səsi ilə elə impulslaşıb, fəallaşmışdı ki, onun dediklərini təhlil etmədən ona təslim olmaq istəyirdim. Səbrsiz Rauf mənim nazımı çəkməkdən bezmir, təslim olmadan məni tam ram etmək istəyirdi. Onun qətiyyəti çox xoşuma gəlirdi və mən ona təslim olmaq astanasında idim. Özümü elə göstərirdim ki, sanki o, mənə o qədər də maraqlı deyil. Bu vəziyyət qədərindən artıq davam etmişdi və o, “imtahandan” uğurla keçmişdi. Özüm də dözə bilmirdim.

Hər dəfə o, danışmağa başlayarkən, mənə elə gəlirdi ki, başgicəlləndirici görünüşə malik hündür bir spiralın içində yuxarıdan aşağı uçur və onun ecazkar səs şəbəkəsinin içinə düşürdüm. Bu səs, həmin səsdəki tembr mənə narkotik kimi təsir edirdi. O səsi, uzunmüddət duymayanda az qalırdım dəli olum. Onun whatsappda mənə yolladığı səsli mesajları bəlkə də yüz dəfə dinləmişdim. Əhvalım hansısa problemə görə korlananda onun səs yazıları mənim üçün əsl antidepressant effekti verirdi. Heç bir əsəb sakitləşdirici dərmanlar mənə Raufun gözəl səsi qədər kömək edə bilməmişdi.

Heç yadımdan çıxmaz, Rauf təzəcə bizim Universitetdə işə başladığı ərəfələr idi. Hələ aramızda nə xüsusi nə də digər həmkarla olan ənənəvi iş yoldaşı münasibəti yox idi və biz sadəcə onunla iki-üç dəfə üzbəüz gələrkən, salamlaşmışdıq. Etiraf edim ki, həmin ərəfələrdə o, məni heç cəlb də eləməmişdi. Nədənsə nə onun özünə, nə də səsinə diqqətlə fikir verməmişdim. Yəqin ki, quru, adi salamlaşma ilə kifayətləndiyimiz üçün belə alınmışdı.

Rauf, ilk dəfə məni öz səsi ilə Universitetin akt zalında çıxış edərkən cəlb etmişdi. Ümumiyyətlə, bu hala adi “cəlb etdi” ifadəsi yaraşmır. “Cəlb etdi”nin yerinə, nəsə daha geniş və özündə yüzlərlə, minlərlə müsbət təsiri daşıyan digər ifadələri əlavə etmək olar. “Ovsunlamaq”, “sehrləmək” kimi yüksək simpatiyanın ən yaxşı ifadə vasitələrini də işlətməyə çalışsaq, o halımı izah etmək üçün uyğun kəlmələr tapa bilməyəcəm. Bəzən həyatda, yaşadıqlarımızı heç cür təsvir edə bilmirik. Ya sözlər aciz olur ya da ümumiyyətlə o halın təsvirinə hansısa sözləri əlavə edib, həmin vəziyyətin dəyərini, möhtəşəmliyini ucuz, cılız tutmamaq üçün sadəcə susuruq. O anlar, hər dəfə yada düşdükcə, bizi sevinc bürüyür və onun xatırlamaq belə olduqca xoş olur.

Beləliklə, Rauf, tələbələr, müəllimlər və elmi işçilərin qarşısında, geniş auditoriyaya xitab edərkən, onun səsini eşitdiyim anda elə bil şok keçirmişdim. Gözlərimin bərəlməyi, ağzımın aralanmağı yanımda oturan həmkarım, həm də yaxın dostum Fəridənin gözündən yayınmamışdı. O, tez-tez həmin halı yada salır, hətta məni o cür parodiya da edib, gülür. Nə isə, Raufun çıxış vaxtı nitqini eşitdiyim anda, sanki bədənim qıc oldu. Yavaş-yavaş ağzım qurumağa başladı. Quruluğu aparmaq üçün hətta bir neçə dəfə elə udqundum ki, boğazımın çıxartdığı həmin “qurt” səsi çox bərkdən çıxdığı üçün, oturduğum yerə yaxın olanların da diqqətini çəkdi. Həmin anı indi xatırlayarkən, utanıram. Yaxşı ki, zalın biz, oturan tərəfi yarıqaranlıq idi. Getdikcə qan dövranım sürətləndiyini hiss etməyə başladım. Bəli, çünki ürəyim çox bərk döyünürdü. Elə bil, bu bədən mənim yox, özgənin idi və orda gedən prosesləri aydın görə və duya bilirdim. Boynum, boğazım tərləmişdi. Qəribə şeylər baş verirdi. Ayaqlarımdakı uyuşma tezlikcə bütün vücudumu sarıdı. Ehtiraslanmağa başladım. Sinəmin ucları yanırdı. Onları dəhşət həssaslıqla hiss edirdim. Bədənimin sinəm olan hissəsinə yapışan paltarın bütün hissələrini, hətta parçanın hər xəttini hiss edirdim. Sinəmdən qarnıma tərəf yüksək hərarətli isti dalğalar gedirdi. Artıq qıçımın arası da yaş idi. Bu şirə təkcə ehtiras şirəsi yox, həm də eşq şirəsi idi. Raufun nəfəsini, dodaqlarını üzərimdə təsəvvür edirdim. Heç vaxt birbaşa və bu cür sürətlə eşqi və ehtirası bir arada hiss etməmişdim.  Müəyyən xoşbəxtliyi duysam da narahat olduğum üçün başım ağrımağa başladı. Deyəsən qızdırmam qalxmışdı. Özümə yer tapa bilmirdim. Ayağa durub, zalı tərk etmək istədim amma taqətim olmadı. Yaranmış bu qarmaqarışıq vəziyyətimi görən Fəridə nə baş verdiyini soruşdu. Ona, halımın pis olduğunu və məni tualetə aparmağını rica etdim. Biz, zalı tərk edərkən, Rauf hələ də çıxış edirdi.

Tualetdə qusdum, üz-gözümü yudum. Bədənimin hər tərəfi ağrıyırdı. Sanki məni yaxşıca çırpıb, döymüşdülər. Rəfiqəm soyuqladığımı zənn etdi. Sağ olsun məni evə qədər ötürdü. Həmin günün sonrasını yaxşı xatırlamıram.

Sonra yaxşı oldum. Heç, elə bil, bu hadisə baş verməmişdi. Qısa bir zamanda Raufla tanış olduq. Səsindən başqa, onun xarakterindəki müsbət cizgilər, qəlbimdə saray tikməyə başladı. Əvvəl-əvvəl onu, heç “kəşf edə” bilmirdim. Elə bil sirlər dünyası idi. Onun müəammallı olması da məni çox cəlb edirdi. Digər kişiləri əgər, bir-iki dəfə çay stolunda oturmaqla tanımaq olurdusa, Raufu tanımaq bir-xeyli gec oldu. Bunu da qeyd edim ki, əksər kişilər, elə özləri əvvəldən özləri barədə hər şeyi danışır və marağı “öldürürlər”. Rauf isə onlar kimi deyildi. Onunla hər görüş vaxtı, onun haqda bilmədiyim başqa-başqa informasiyalar ortaya çıxırdı. Rauf mənim üçün sirli və çox maraqlı kitab kimi idi. Onun hər səhifəsi yeni bir macəra, çılğınlıq və rəngarənglik idi. Arada mənimlə soyuq və kobud olurdu. Sonra yenə də isti və diqqətli birinə çevirilirdi. Raufun bu halı qəribə də olsa, hətta məni qıcıqlandırsa da, ona olan meylim, sevgim, ehtirasım günü-gündən çoxalırdı..

Demək olar, hər gecə, yatağımda tənha uzananda, Raufun üz ifadəsini, gülümsəyərkən göz kənarında yaranan xırda qırışları, onun dik çənəsini, bəyaz dişlərini, dodaqlarının tərpənişini və ən əsası ağlımı başımdan alan ehtiraslı səsini xatırlayır, onun yanımda olmasını arzu edirdim..

Bir gün ona təslim olmağa qərar verdim. Raufun təbirincə desəm, onun məni “oğurlamasına” nail olduğu gün, işdən çıxdıqdan sonra taksi tutduq.

Taksi onun evinə doğru yol aldığı vaxtda, yolboyu heç birimiz bir kəlmə də kəsmədik. Avtomobilin arxa oturacağında yanbayan oturmağımıza rəğmən bir-birimizə toxunmadıq da. Heç onun mənə toxunmasına lüzum da yox idi. Onun yanımdakı varlığı mənə bəs edirdi. Rauf məni öz təsir halqasına almışdı və mən bəyəndiyim kişinin yanında özümü çox yaxşı hiss edirdim. Elə bil bu varlıq bədənimi sığallayırdı..

O, sadəcə iki dəfə sakit şəkildə mənim adımı pıçıldadı. Adım onun dilindən elə məlahətli səslənirdi ki, istəyirdim yenidən və yenidən adımı eşidim. O, ətrafa əməlli-başlı istilik saçırdı. Artıq utanmadan onun gözlərinə diqqətlə baxa bilirdim. Onun baxışları başımı gicəlləndirsə də gözümü onlardan çəkmirdim. Gözlərini qırpdıqca elə bil ani olaraq baxışlardan üzərimə od ələnirdi. Sanki kiçicik ildırımlar görürdüm. Bu o ildırımlara oxşayırdı ki, hansı ki miqyası genişləndikcə bütün hər yeri öz çılğın atəşi ilə yandırıb tökə bilərdi. İçimdə ani qorxu yarandı və gözlərimi onun gözlərindən çəkdim.

Artıq onun mənzilində idik. Evin qapısını açarla bağlayandan sonra qarşıma keçdi və iki əli ilə incə şəkildə çənəmdən tutub, aşağı əyilmiş başımı özünə tərəf çəkdi. Sonra da məni öpməyə başladı. Gözlərimi yumdum və onun boynuna sarıldım. Onun nəmli və heç də balaca olmayan dodaqlarını dodaqlarımda hiss edəndə başım elə fırlandı ki, az qaldım yıxılam. Ağız tamı çox təravətli idi və həmin dad mənə darçını xatırladırdı. Onun dili mənim dilimin ətrafında fırlandıqca qulağımdakı uğultu artırdı. Ara-sıra o, dilini ağız boşluğumda irəli və geri çəkirdi. Bu hal həzzi o qədər artırdı ki, təzyiqimin aşağı düşdüyünü sezdim. Gözlərimi aça bilmirdim.

Məni öpə-öpə əllərini arxamdan tutdu və yanbızlarımı sıxmağa başladı. Az qalırdım onun ovuclarında oturum. Hiss edirdim ki, bu vəziyyət bir az da davam etsə mən yerə yıxılacam. Sonra o, dizlərimdən olan ətəyi yuxarı çəkdi. Başa düşdüm ki, onu əynimdən çıxarmağın vaxtıdır və ətəyin bağını bir əlimlə açdım ki, Rauf özü ətəyi əynimdən çıxartsın. O elə də elədi. Ardınca da uzun, qara ipək corablarımı soyundurdu və məni qucağına alıb, yatağa doğru apardı. Gözlərimi qıyıb onun əzəmətli, özündən əmin simasına baxırdım. Raufdan əsl spesifik kişi ətrindən başqa, xoş parfum iyi də gəlirdi. Məni bihuş edən ətir və öpüşlərdən əriyirdim və elə bilirdim sanki artıq mənə daxil olub. Həmin ərəfədə mənə digər tərəfdən ən çox ləzzət edən həm də onun səsi idi. O səs, mənim ruhumdakı bütün qəlibləşmiş hissləri yumşaldıb, açmaqla bərabər, Raufun öz qarşısında mənim bədənimi tanımağa ona qapılar açırdı.

Üst və alt geyimlərimin hamısını soyundurandan sonra özü də təmiz soyundu və məni özünə çəkib, diqqətlə üzümə baxdı. Rauf üz ifadəmdə ona təslim olmaq istəyən ehtirası və harmonik razılığı gördü və məni yenidən öpdü. Əllərini qısa şabalıdı rəngdə olan saçlarımda gəzdirməyə başladı. Saç düzümümdən çox xoşu gəlirdi. Bunu dəfələrlə demişdi və onun hər iltifatı mənim üçün ayrı bir müsbət enerji və emosiya idi.

Baxışlarım onun boğazı və boğaz ətrafında gəzirdi. Nəfəs aldıqca boğaz ətrafında gərilən əzələlər, sümüklərin düzülüş şəkilinin dəyişikliyi elə füsunkar görünürdü ki, saatlarla tərpənmədən ora baxmaqdan yorulmazdım. Vampir kimi onun boğazına sarılıb, sovurmaq istədim amma özümü saxladım.  Ehtirasdan gicgahlarımda, qarnımda qəribə ağrılar başladı ancaq bu ağrılar, pis yox, əksinə, xoş hisslər yaradırdı. Dodaqlarım qeyri-ixtiyari aralı qalmışdı və mən bunu hiss etsəm də, özümü tam idarə edə bilmirdim. Ümumiyyətlə, indi buna ehtiyac da yox idi, istəyirdim məni Rauf idarə etsin. Tez bir zamanda ona tam təslim olmaq və bunun həzzini yaşamaq istəyirdim.

Rauf ona ruhən ötürdüyüm mesajları dərhal duydu və ehtirasın ağrı yaratdığı yerlərimə əlləri ilə toxunmağa başladı. Əvvəlcə, o, iki əli ilə başımdan tutdu, baş barmaqları ilə asta-asta gicgahlarımı ovuşdurdu. İnanılmaz idi, onun barmaqları gicgahlarımdakı küt ağrını aradan qaldırırdı. Sonra sağ əli ilə çənəmin altından tutub, onu bir az yuxarı qaldırdı, digər əlini qolumun altına salıb, məni özünə tərəf çəkdi. Özümü artıq onun idarəçiliyində hiss edir və belə nəzarətdən həzz alırdım. Gözlərimi yumdum, Rauf çənəmdən öpməyə başladı. Elə bil, dodaqları ilə çənəmə xırda toklar yollayırdı. Bir az sonra onun dodaqlarını və dilini boğazımda hiss etməyə başladım. Beləcə o, atəşli dil və dodaqlarının bələdçiliyi ilə bədənimdə gəzişməyə başladı. Əllərimi onun başından tutub, bu gəzintidə Raufun gəzdiyi ərazilərdə ağzı ilə daha dərin izlər qoyması üçün dəstəyimi nümayiş etdirirdim.

Əsas məsələnin vaxtı yetişmişdi, onun bərk penisi artıq qıçımın arasında dövrə vurub, avaralanır və içəri daxil olmaq istəyirdi. Mənim buna hazır olmağımı Rauf penisini klitoruma dirəyəndə hiss etdi, oram yaş idi və qapıdakı ən sevimli qonağı içəri almaq təşnəsini yaşayırdı.

Beləliklə, Rauf əsas “məsələnin” prosesinə start verdi. Cinsiyyat orqanımın dodaqları onun ilk yüngül cəhdlə içəri daxil olma istəyini çox istiqanlı qarşıladı və içimə hələ yarımçıq daxil olmuş penisini elə qucaqladı ki, bu halın aydınlığından Rauf məmnun şəkildə gülümsədi. Və proses tam surəti ilə hərəkətə gəldi.

Həzz, o qədər möhtəşəm idi ki, elə bilirdim uçuram. Bəli, Rauf məni “uçurdurdu”. O, elə enerji ilə hərəkət edir və nəfəs alırdı ki, elə bil sehrli nağıllardakı işıq saçan bir at, döyüş meydanında qaçır və o, kənardan çox əzəmətli görünürdü. İniltim ilə onun nəfəsinin gur səsi və bu aktın yaratdığı yüngül şappıltılar həzzimi daha da çoxaldırdı. Onun ritmik hərəkəti matkamda alov yaratmışdı və mən alovdan daha da qızışırdım. Raufun üzündəki ifadədən, üzərimdəki hakimiyyətdən nə qədər razı olduğu sezilirdi.

Seks, mənə sanki yeni nəfəs vermişdi. Bu nəfəs “yolum” çoxdan bağlı vəziyyətdə idi və bu gün o yolun məhz Rauf vasitəsi ilə açılması ayrı bir xoşbəxtlik idi. Yaşadığım həzzin bitməsini heç istəmirdim. Seks həzzlərin şahıdır. Bunu sevdiyin şəxslə edəndə isə şahlıq məqamının ən yuxarı səviyyəsinə yüksəlirsən. Bunu mənə bəxş etdiyi üçün Raufa çox minnətdar idim. O, mənim xoşbəxtlik simvoluma çevirilmişdi. Həzzin dalğası, bütün bədənimə yayılır və mən onu bütün hüceyrələrimdə, sinirlərimdə hiss edirdim.

Raufla eyni anda orqazma çatdıq. Hər ikimiz həzzdən inildədik. Kipriklərimdə sevinc göz yaşlarım sezildi.  Bu isə artıq şah sarayındakı ən gözəl və təntənəli bayramı yaşamağa bənzədi. Rauf məni o sarayın şahzadəsi elan etdi.  Hə, bu mənim üçün yüksəliş idi. Mən göylərdə idim, uçurdum. Heç vaxt belə olmamışdı və mən bu orqazmla gözəllik, müdriklik, gənclik, ehtiras və sevgini bir arada yaşadım.

Rauf təngənəfəs halda məni qucaqladı və biz qısa müddət eləcə qaldıq. Bədənimdə qəribə yüngüllük duyurdum. Bir az sonra, Rauf, başını qaldırıb, gözlərimə elə ciddi və diqqətlə baxdı ki, içimdən qorxu keçdi. “Bu ciddiyət nədir görəsən?”-fikirimdən keçdi. Sonra üzünə elə bil işıq gəldi, o gülümsədi və mənə yüksək sevinc və xoşbəxtlik bəxş etdiyi gözəl səsi ilə dedi:

-Səni sevirəm, Nazilə…


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Orxan Adıgözəlin hekayəsi: “İÇİMİ TİTRƏDƏN KİŞİ SƏSİ” Reviewed by on .   İçimi titrədən kişi səsi Raufla, mən eyni Universitetdə işləyirdik. İkimiz də elmi işçi idik. Mən layihə üzrə baş mühəndis, o, isə elmi şöbədə baş mütəxəsis i   İçimi titrədən kişi səsi Raufla, mən eyni Universitetdə işləyirdik. İkimiz də elmi işçi idik. Mən layihə üzrə baş mühəndis, o, isə elmi şöbədə baş mütəxəsis i Rating: 0
Smiley face
scroll to top