Çərşənbə , 20 Mart 2019

Home » Cəmiyyət » Milli Mətbuat günündə “YENİ DALĞA” qəzetinin təqdimatı oldu

Milli Mətbuat günündə “YENİ DALĞA” qəzetinin təqdimatı oldu

İyul 22, 2017 8:22 pm Bölmə: Cəmiyyət, Ədəbiyyat, Manset A+ / A-

20292161_1878950842359109_461285498_nİyulun 22-də Milli Mətbuat günü ilə əlaqədar olaraq “Yeni dalğa” adlı ədəbi qəzet xüsusi buraxılışla ictimaətə təqdim olunub.Bir sıra tanınmış ictimaət və mediya nümayəndələrinin iştirakı ilə Azərkitab Kitab Mərkəzində qəzetin təqdimatı keçirilib.
Veten-tv.az xəbər verir ki, tədbir iştirakçılarından Xan Rəsuloğlu, Faiq Balabəyli, Namiq Hacıheydərli, İlhamə Nasir  və başqaları çıxış edərək Azərbaycan mətbuatından söz açıb, qəzetin redaksiya heyyətinə tövsiyə və təkliflərini vermişdir. Eyni zamanda gənc yazarlardan İntiqam Yaşar, Dinməz Türk və digərləri qəzet haqqında fikirlərini bölüşüb.
Qeyd olundu ki, qəzetin yayına başlamasının başlıca məqsədi ədəbi mühitdə bədii estetik zövqün formalaşması, dünya ədəbiyyatı və mövcud ədəbi prosesi ilə ədəbi ictimayətin arasında körpü yaratmaq, baş verən hadisələri sizlərə çatdırmaqdır. Eyni zamanda bu istiqamətdə yeni ciddi imzaları- istedadları üzə çıxarıb ölkə və dünya çapına təqdim etməkdi.
“Yeni dalğa”nın ilk sayında yerli ədəbiyyatımızdan Mövlud Süleymanlının ( Şapkamı geyinən) hekayəsi, Əlisəmid Kürün, Aqşin Yeniseyin, və Esmira Məhiqızının silsilə şeirləri, Musa Yaqubla müsahibə eyni zamanda xarici ədəbiyyatdan Umberto Ekonun “Manifest”ləri; Orhan Pamukdan, Çarlz Bukoviskidən, Murat Menteşdən, Pol Valeridən, Şarl Bodlerdən ( Salam Sarvanın, Tural Turanın, Ümid Nəccarinin təqdimatında) tərcümələr yer almışdı. Qəzet ayda bir dəfə sizlərlə görüşə gələcək.
“Yeni dalğa” qəzetinin redaksiya heyəti:

Təsisçi: Tural TURAN

Baş redaktor: Emil RASİMOĞLU

Baş redaktorun müavini: Fuad CƏFƏRLİ

Korrektor: Şəfaqət CƏVANŞİRZADƏ

Şöbə müdirləri:

Rübabə Sahib

Seyran İSMAYIL

Çinarə ÖMRAY

Ümid NƏCCARİ
——————–

“Yeni dalğa” qəzetinin mətbuat xidməti.

 

 

 

 

20270266_736780389863478_230401511_n 20217364_736780116530172_2141673361_n 20227108_1878950602359133_1267081555_n 20271905_1878944679026392_1781550570_n 20289581_1878945552359638_1904409762_n20271974_736824629859054_772157453_n

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Milli Mətbuat günündə “YENİ DALĞA” qəzetinin təqdimatı oldu Reviewed by on . İyulun 22-də Milli Mətbuat günü ilə əlaqədar olaraq "Yeni dalğa" adlı ədəbi qəzet xüsusi buraxılışla ictimaətə təqdim olunub.Bir sıra tanınmış ictimaət və mediy İyulun 22-də Milli Mətbuat günü ilə əlaqədar olaraq "Yeni dalğa" adlı ədəbi qəzet xüsusi buraxılışla ictimaətə təqdim olunub.Bir sıra tanınmış ictimaət və mediy Rating: 0
Smiley face
scroll to top